Axtarış آمار Güney Azərbaycan Yenixəbər heç bir partiyə və ya təşkilata bağlı olmadan Güney Azərbaycanda baş verən olaylari dunya türklərinə çatdırmaq amaci ilə yaranmışdır. Xəbər sahəsində çalışan yoldaşlarımızın bu sahədə yardımlarını gozləyirik Linklər azadlıq radyosu adapp asmək dunazhak Abbas Lisani öyrənci FILTERSINDIRAN dustaq amnesty savalansəsi-en savalansesi Güney səsi Abdulla Cavan FILTER SINDIRAN Vehid Behadori Az Haray South Azerbaijan Elman Nuri DAK Ibrahim Ceferzade Milii Hereket Vetendash Hemreyliyi Ibrahim Savalan- xeberler Arşiv 5/22/2009 - 6/21/2009 4/21/2009 - 5/21/2009 3/21/2009 - 4/20/2009 2/19/2009 - 3/20/2009 1/20/2009 - 2/18/2009 12/21/2008 - 1/19/2009 11/21/2008 - 12/20/2008 10/22/2008 - 11/20/2008 9/22/2008 - 10/21/2008 8/22/2008 - 9/21/2008 7/22/2008 - 8/21/2008 6/21/2008 - 7/21/2008 5/21/2008 - 6/20/2008 4/20/2008 - 5/20/2008 3/20/2008 - 4/19/2008 2/20/2008 - 3/19/2008 1/21/2008 - 2/19/2008 12/22/2007 - 1/20/2008 11/22/2007 - 12/21/2007 Güney Azərbaycan milli - azadlıq hərəkətində baş verən olayların yayın ocağı :: Təbrizdə milli fəallar Farslar tərəfindən fiziki təziqlərə məruz qalıblar Təbrizdə milli fəallar Farslar tərəfindən fiziki təziqlərə məruz qalıblar 20.05.2009-cu il tarixində İranda prezdent secgilərinə namizəd Mir Hüseyn Musəvinin namzədliyini təbliğ etmək üçün Təbrizə Tehrandan gətirilmiş Fars nümayəndələrlə Təbrizli milli fəallar arasında toquşma başverib.Beləki Təbrizli milli fəallar son günlərdə İranın keçmiş prezdenti Məhəmməd Xatəminin Türkləri təhqir etməsinə etiraz olaraq toplantı zamanı Haray Haray mən Türkəm,Yaşasın Azərbaycan,Azərbaycan var olsun istəməyən xar olsun və Xatəmiyə ar olsun ... Ardı * * 14:48 Baxış:() :: Təbrizdə dövlət bayramında etirazlar Təbrizdə dövlət bayramında etirazlar Mayın 22-də Təbrizin mərkəzində hökumətin təşkil etdiyi gəzinti etiraz nümayişləri ilə müşayiət olunub. İranın 3-cü kanalı gəzintidə 300 min nəfərə yaxın təbrizlinin iştirak etdiyini bildirib. Tədbirə qatılan milli hüquqlar uğrunda fəallar gəzintidə etirazlarını nümayiş etdiriblər. Onlar «Türk dilində mədrəsə!» kimi şüarlar səsləndiriblər. Ardı * * 14:45 Baxış:() :: Təbrizdə milli hərəkat fəallarının etiraz aksiyası polislərin hucumuna məruzqalıb həbs və yaralananl Təbrizdə milli hərəkat fəallarının etiraz aksiyası polislərin hucumuna məruzqalıb həbs və yaralananlar var DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən 22.may 2009-cu il tarixində Güney Azərbaycanın Təbriz şəhərində 2006-ci il may hadisələrinin üçüncü ildönümü və Xatəminin son günlərdə Türkləri təhqir etməsinə etiraz olaraq aksiya keçirilib aksiya Təbrizin məşhur “Elgölü” (Şahgölü) parkında və şəhərin mərkəzi küçələrində keçırilib.Aksiyadan qorxuya düşən faşist molla hakimiyyətinin xususi təyinatlıları milli hərəkat fəallarına hucum edərək çoxlu sayda soydaşımızı həbs edilib və ağır fiziki təziqlərə məruz qoyulub.Bununla yanaşı Güney Azərbaycanın bütün şəhərlərində minlərlə CD və bildirişlər yayılmaqda dəvam edir bildiriş və sidilərdə May hadisələrini əks etdirən yazılar və video görüntülər yer alıb.Məlumatda bildirilir ki rejim məmurları Muğan bölgəsindədə milli fəalların mağaza və iş yerlərini bağaldıb.lakin bütün bunlara baxmayaraq Güney Azərbaycan milli hərəkat fəalları bütün vasitələrdən istifadə edərək Fars hakimiyyətinə öz etirazlarını bildirməkdə dəvam edirlər. * * 14:39 Baxış:() :: Tehran mətbuatı Azərbaycanı hədəf alıb Tehran mətbuatı Azərbaycanı hədəf alıb «Aftab» qəzeti: «Azərbaycanla Naxçıvan arasındakı hava və quru əlaqələri əngəllənsin” Iran hökumətinə bağlı qəzet və saytlar Israil prezidentinin Bakıya gözlənilən səfərinə cavab tədbirləri təklif edir Rəsmi Tehranın nəzarətində olan mətbu orqanlar hər zaman Azərbaycan Respublikasına qarşı qərəzli çıxışları və düçmənçilik mövqeləri ilə seçiliblər. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyin bərpa etdiyi gündən indiyə kimi fars dilli mətbuatı izləyənlərin Azərbaycanla bağlı hər hansı obyektiv və tərəfsiz bir yazı və çıxışa rast gəlmələri demək olar, imkansızdır. Ardı * * 14:37 Baxış:() :: Güney Azərbaycan Milli hərəkat fəalı Ramin Sadiqi müvəqqəti azadlığa buraxılıb Güney Azərbaycan Milli hərəkat fəalı Ramin Sadiqi müvəqqəti azadlığa buraxılıb Güney Azərbaycan Milli Hərəkatının fəalı Ramin Sadiqi Əsl 87 günlük həbsdən sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. Raminin ailəsi həbsxana məmurlarının yalançı etiraflar almaq üçün ona müxtəlif işgəncələr verdiyini deyiblər. Ardı * * 19:2 Baxış:() :: İRAN PREZİDENTLİYİNƏ AZƏRBAYCANLI NAMİZƏDİN XANIMI: “BÜTÜN SİYASİ MƏHBUSLAR DƏRHAL AZADLIĞA BURAXILMALIDIR” Prezidentliyə namizəd, keçmiş baş nazir Mirhüseyn Musəviyə dəstək vermək üçün paytaxt Tehrana toplaşmış qadınlar mayın 14-də onun həyat yoldaşı Zəhra Rəhnəvərdlə görüşüb. Mirhüseyn Musəvi azərbaycanlıdır. 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. İran İslam Respublikasının beşinci, eyni zamanda sonuncu baş naziridir. Ardı * * 18:58 Baxış:() :: İranda türkçü molla həbsdən çıxdı İranda türkçü molla həbsdən çıxdı ... Heç təbrikə imkan da vermədi, tez-tələsik dedi ki, milləti zindanda ikən, özünün həbsdən buraxılmağını azadlıq hesab etmir. Bircə ailəmə görə sevinirəm deyir, uşaqlar başsız qalmışdılar. Ardı * * 20:37 Baxış:() :: Güneyli yazıçı Nağı Əhmədi Azərdən heç bir xəbər yoxdur Güneyli yazıçı Nağı Əhmədi Azərdən heç bir xəbər yoxdur Aprelin 4-də “Ettelaat” əməkdaşlarının Təbriz şəhərində həbs etdiyi güneyli yazıçı və naşir Nağı Əhmədi Azərin harada saxlanılması barədə hələ də məlumat yoxdur. onun həbsindən bir ay keçməsinə baxmayaraq, onun hansı ittihamlar əsasında tutulduğu məlum deyil. Ardı * * 20:8 Baxış:() :: Qadağan olunmuş dini ədəbiyyatlar Qadağan olunmuş dini ədəbiyyatlar Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə yaranan dini icmalar, müxtəlif icma üzvlərinə qarşı təzyiq göstərilməsi, dini icmaların qanundan kənar fəaliyyəti, hansısa icma üzvlərinin həbs olunmaları, dini ədəbiyyatların qadağan edilməsi və bu kimi məlumatlar həmişə gündəmdə olub. Ardı * * 20:24 Baxış:() :: ACLIQ EDƏN ƏLALLAHI MƏHBUSLARIN SƏHHƏTİ PİSLƏŞİB ACLIQ EDƏN ƏLALLAHI MƏHBUSLARIN SƏHHƏTİ PİSLƏŞİB Qanunsuz həbslərinə etiraz əlaməti olaraq Yəzd zindanında bir həftədir aclıq aksiyasına başlayan 3 əlallahı məhbusun - Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadənin səhhəti kəskin pisləşib. Qoşaçayın Üçtəpə kəndindən olan bu məhbuslar 2004-cü ildə digər iki əlallahı fəal Mehdi Qasımzadə və Yunis Ağayanla birlikdə hökumət qüvvələrinə silahlı müqavimət ittihamıyla həbs edilib. Məhkəmə 3 nəfəri 13 illik həbsə, M.Qasımzadə və Y.Ağayanı edama məhkum edib. Mehdi Qasımzadə 2009-cu il fevralın 28-də Urmiya zindanında dar ağacından asılıb. Yəzd şəhər zindanının məsulları əlallahıların özlərinə məxsus ibadətinə mane olur, onları döyür, təhqir edir. Məhbusların ciddi müalicəyə ehtiyacı olmasına baxmayaraq zindan rəsmilərinin onlara həkimə müraciət etməsinə icazə vermədiyi bildirilir. * * 20:20 Baxış:() :: Saberi aclığı davam etdirir Saberi aclığı davam etdirir Tehranda həbsdə olan İranlı Amerikalı jurnalistin atasının bildirdiyinə görə, aclıq aksiyasını davam etdirən qızının səhhəti pisləşib. Casusluq ittihamı ilə 8 illik azadlıqdan məhrum edilən Roksana Saberi keçən həftənin çərşənbə axşamından həbsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Atası bu gün onu fikrindən daşındırmağa çalışsa da, xanım Saberi deyib ki, azadlığa çıxana kimi aksiyanı davam etdirəcək. Bununla yanaşı, bu gün dövlət telekanalının Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qaşqaviyə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı hər hansı xarici müdaxilə qəbuledilməzdir. Rəsmi nümayəndə deyir ki, Saberi İrandan başqa ayrı bir dövlətin vətəndaşı olmasını iddia etməyib və ona görə də onun işi daxili məsələdir. * * 20:17 Baxış:() :: İranlı siyasi qaçqınların ailə üzvləri də təqib olunur İranlı siyasi qaçqınların ailə üzvləri də təqib olunur «Prezident Barak Obama Türkiyədə olanda, ABŞ televiziyalarının birinə müsahibə vermişdim. Obama açıqlamalarının birində demişdi ki, İran hökuməti ya nüvə silahı, ya da xalqın gələcəyi haqqında düşünməlidir. Məndən bu fikirlərə münasibət öyrəndilər. Mən də dedim ki, İran hökuməti daha çox öz xalqının gələcəyi haqqında düşünməlidir… Həmin müsahibədən sonra İranda qalıb yaşayan qardaşımı məhkəməyə çəkdilər. Ona qarşı iki maddə irəli sürülüb. Qardaşımı indi 12 il həbs cəzası gözləyir…». Ardı * * 20:19 Baxış:() :: ƏKBƏR ƏLƏMİ DİGƏR İKİ İSLAHATÇI NAMİZƏDİ DEBATA ÇAĞIRIB ƏKBƏR ƏLƏMİ DİGƏR İKİ İSLAHATÇI NAMİZƏDİ DEBATA ÇAĞIRIB İran İslam Respublikasında bu ilin iyununda keçiriləcək prezident seçkisinə namizəd kimi qatılacağını bəyan etmiş keçmiş deputat, təbrizli Azərbaycan türkü Əkbər Ələmi digər namizədlərdən Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi ilə keçmiş baş nazir Mirhüseyn Musəvini debata çağırıb. Ardı * * 21:20 Baxış:() :: İranda «Çənlibel» sözü niyə təhlükəlidir? İranda «Çənlibel» sözü niyə təhlükəlidir? Ərdəbilli fəal Abbas Lisaniyə qarşı təzyiqlər davam edir. Bu dəfə onun ailəsinin yeganə dolanışıq mənbəyi olan «Çənlibel» adlı mağazasını bağlamaq istəyirlər. Abbas Lisaninin dediyinə görə, əslində problem mağazanın adıyla bağlıdır. Ərdəbil Əyalətinin «Təmin Şurası» (qeydiyyat idarəsi) onun qarşısına iki şərt qoyub. Ya mağazanın türkcə adı fars sözüylə əvəz edilməlidir, ya da mağaza bağlanmalıdır. Ardı * * 20:34 Baxış:() :: QADIN HÜQUQ MÜDAFİƏÇİSİ ZAMİNƏ BURAXILIB QADIN HÜQUQ MÜDAFİƏÇİSİ ZAMİNƏ BURAXILIB İki həftəlik həbsdən sonra qadın hüquq müdafiəçisi Xədicə Müqəddəm 20 min dollarlıq mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən martın 26-da bayram görüşünə gedərkən tutulan, qadınlarla kişilərin hüquq bərabərliyi üçün aparılan “1 milyon imza” kampaniyasının üzvləri Xədicə Müqəddəm, Leyla Nəzəri, Dilaram Əli, Fərxündə Ehtisabiyan, Məhbubə Kərəmi, Şəhla Füruzanfər, Sürəyya Yusifi, Arəş Nəsiri İqbali, Əmir Rəşidi, Məhəmməd Şurab, Əli Əbdi və Bəhara Behrəvan həbs edilərək Tehranın Evin həbsxanasına salınmışdılar. Martın 29-da Xədicə Müqəddəm və Məhbubə Kərəmidən başqa digər məhbusların hamısı zaminə buraxılmışdı. Ardı * * 20:30 Baxış:() XƏBƏRLƏR Təbrizdə milli fəallar Farslar tərəfindən fiziki təziqlərə məruz qalıblar Təbrizdə dövlət bayramında etirazlar Təbrizdə milli hərəkat fəallarının etiraz aksiyası polislərin hucumuna məruzqalıb həbs və yaralananl Tehran mətbuatı Azərbaycanı hədəf alıb Güney Azərbaycan Milli hərəkat fəalı Ramin Sadiqi müvəqqəti azadlığa buraxılıb İranda türkçü molla həbsdən çıxdı Güneyli yazıçı Nağı Əhmədi Azərdən heç bir xəbər yoxdur Qadağan olunmuş dini ədəbiyyatlar ACLIQ EDƏN ƏLALLAHI MƏHBUSLARIN SƏHHƏTİ PİSLƏŞİB Saberi aclığı davam etdirir İranlı siyasi qaçqınların ailə üzvləri də təqib olunur ƏKBƏR ƏLƏMİ DİGƏR İKİ İSLAHATÇI NAMİZƏDİ DEBATA ÇAĞIRIB İranda «Çənlibel» sözü niyə təhlükəlidir? QADIN HÜQUQ MÜDAFİƏÇİSİ ZAMİNƏ BURAXILIB All Rights Reserved 1385-1386 Beta © By http://yenixeber.blogfa.com .:. Designed By Taktemp
آمار
Yenixəbər heç bir partiyə və ya təşkilata bağlı olmadan Güney Azərbaycanda baş verən olaylari dunya türklərinə çatdırmaq amaci ilə yaranmışdır. Xəbər sahəsində çalışan yoldaşlarımızın bu sahədə yardımlarını gozləyirik
azadlıq radyosu adapp asmək dunazhak Abbas Lisani öyrənci FILTERSINDIRAN dustaq amnesty savalansəsi-en savalansesi Güney səsi Abdulla Cavan FILTER SINDIRAN Vehid Behadori Az Haray South Azerbaijan Elman Nuri DAK Ibrahim Ceferzade Milii Hereket Vetendash Hemreyliyi Ibrahim Savalan- xeberler
5/22/2009 - 6/21/2009 4/21/2009 - 5/21/2009 3/21/2009 - 4/20/2009 2/19/2009 - 3/20/2009 1/20/2009 - 2/18/2009 12/21/2008 - 1/19/2009 11/21/2008 - 12/20/2008 10/22/2008 - 11/20/2008 9/22/2008 - 10/21/2008 8/22/2008 - 9/21/2008 7/22/2008 - 8/21/2008 6/21/2008 - 7/21/2008 5/21/2008 - 6/20/2008 4/20/2008 - 5/20/2008 3/20/2008 - 4/19/2008 2/20/2008 - 3/19/2008 1/21/2008 - 2/19/2008 12/22/2007 - 1/20/2008 11/22/2007 - 12/21/2007
Güney Azərbaycan milli - azadlıq hərəkətində baş
verən olayların yayın ocağı
:: Təbrizdə milli fəallar Farslar tərəfindən fiziki təziqlərə məruz qalıblar
Təbrizdə milli fəallar Farslar tərəfindən fiziki təziqlərə məruz qalıblar
20.05.2009-cu il tarixində İranda prezdent secgilərinə namizəd Mir Hüseyn Musəvinin namzədliyini təbliğ etmək üçün Təbrizə Tehrandan gətirilmiş Fars nümayəndələrlə Təbrizli milli fəallar arasında toquşma başverib.Beləki Təbrizli milli fəallar son günlərdə İranın keçmiş prezdenti Məhəmməd Xatəminin Türkləri təhqir etməsinə etiraz olaraq toplantı zamanı Haray Haray mən Türkəm,Yaşasın Azərbaycan,Azərbaycan var olsun istəməyən xar olsun və Xatəmiyə ar olsun ...
:: Təbrizdə dövlət bayramında etirazlar
Təbrizdə dövlət bayramında etirazlar
Mayın 22-də Təbrizin mərkəzində hökumətin təşkil etdiyi gəzinti etiraz nümayişləri ilə müşayiət olunub. İranın 3-cü kanalı gəzintidə 300 min nəfərə yaxın təbrizlinin iştirak etdiyini bildirib. Tədbirə qatılan milli hüquqlar uğrunda fəallar gəzintidə etirazlarını nümayiş etdiriblər. Onlar «Türk dilində mədrəsə!» kimi şüarlar səsləndiriblər.
:: Təbrizdə milli hərəkat fəallarının etiraz aksiyası polislərin hucumuna məruzqalıb həbs və yaralananl
Təbrizdə milli hərəkat fəallarının etiraz aksiyası polislərin
hucumuna məruzqalıb həbs və yaralananlar var
DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən 22.may 2009-cu il tarixində Güney Azərbaycanın Təbriz şəhərində 2006-ci il may hadisələrinin üçüncü ildönümü və Xatəminin son günlərdə Türkləri təhqir etməsinə etiraz olaraq aksiya keçirilib aksiya Təbrizin məşhur “Elgölü” (Şahgölü) parkında və şəhərin mərkəzi küçələrində keçırilib.Aksiyadan qorxuya düşən faşist molla hakimiyyətinin xususi təyinatlıları milli hərəkat fəallarına hucum edərək çoxlu sayda soydaşımızı həbs edilib və ağır fiziki təziqlərə məruz qoyulub.Bununla yanaşı Güney Azərbaycanın bütün şəhərlərində minlərlə CD və bildirişlər yayılmaqda dəvam edir bildiriş və sidilərdə May hadisələrini əks etdirən yazılar və video görüntülər yer alıb.Məlumatda bildirilir ki rejim məmurları Muğan bölgəsindədə milli fəalların mağaza və iş yerlərini bağaldıb.lakin bütün bunlara baxmayaraq Güney Azərbaycan milli hərəkat fəalları bütün vasitələrdən istifadə edərək Fars hakimiyyətinə öz etirazlarını bildirməkdə dəvam edirlər.
:: Tehran mətbuatı Azərbaycanı hədəf alıb
Tehran mətbuatı Azərbaycanı hədəf alıb
«Aftab» qəzeti: «Azərbaycanla Naxçıvan arasındakı hava və quru əlaqələri əngəllənsin”
Iran hökumətinə bağlı qəzet və saytlar Israil prezidentinin Bakıya gözlənilən səfərinə cavab tədbirləri təklif edir Rəsmi Tehranın nəzarətində olan mətbu orqanlar hər zaman Azərbaycan Respublikasına qarşı qərəzli çıxışları və düçmənçilik mövqeləri ilə seçiliblər.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyin bərpa etdiyi gündən indiyə kimi fars dilli mətbuatı izləyənlərin Azərbaycanla bağlı hər hansı obyektiv və tərəfsiz bir yazı və çıxışa rast gəlmələri demək olar, imkansızdır.
:: Güney Azərbaycan Milli hərəkat fəalı Ramin Sadiqi müvəqqəti azadlığa buraxılıb
Güney Azərbaycan Milli hərəkat fəalı Ramin Sadiqi
müvəqqəti azadlığa buraxılıb
Güney Azərbaycan Milli Hərəkatının fəalı Ramin Sadiqi Əsl 87 günlük həbsdən sonra mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. Raminin ailəsi həbsxana məmurlarının yalançı etiraflar almaq üçün ona müxtəlif işgəncələr verdiyini deyiblər.
::
İRAN PREZİDENTLİYİNƏ AZƏRBAYCANLI NAMİZƏDİN XANIMI: “BÜTÜN
SİYASİ MƏHBUSLAR DƏRHAL AZADLIĞA BURAXILMALIDIR”
Prezidentliyə namizəd, keçmiş baş nazir Mirhüseyn Musəviyə dəstək vermək üçün paytaxt Tehrana toplaşmış qadınlar mayın 14-də onun həyat yoldaşı Zəhra Rəhnəvərdlə görüşüb. Mirhüseyn Musəvi azərbaycanlıdır. 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. İran İslam Respublikasının beşinci, eyni zamanda sonuncu baş naziridir.
:: İranda türkçü molla həbsdən çıxdı
İranda türkçü molla həbsdən çıxdı
... Heç təbrikə imkan da vermədi, tez-tələsik dedi ki, milləti zindanda ikən, özünün həbsdən buraxılmağını azadlıq hesab etmir. Bircə ailəmə görə sevinirəm deyir, uşaqlar başsız qalmışdılar.
:: Güneyli yazıçı Nağı Əhmədi Azərdən heç bir xəbər yoxdur
Güneyli yazıçı Nağı Əhmədi Azərdən heç bir xəbər yoxdur
Aprelin 4-də “Ettelaat” əməkdaşlarının Təbriz şəhərində həbs etdiyi güneyli yazıçı və naşir Nağı Əhmədi Azərin harada saxlanılması barədə hələ də məlumat yoxdur. onun həbsindən bir ay keçməsinə baxmayaraq, onun hansı ittihamlar əsasında tutulduğu məlum deyil.
:: Qadağan olunmuş dini ədəbiyyatlar
Qadağan olunmuş dini ədəbiyyatlar
Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə yaranan dini icmalar, müxtəlif icma üzvlərinə qarşı təzyiq göstərilməsi, dini icmaların qanundan kənar fəaliyyəti, hansısa icma üzvlərinin həbs olunmaları, dini ədəbiyyatların qadağan edilməsi və bu kimi məlumatlar həmişə gündəmdə olub.
:: ACLIQ EDƏN ƏLALLAHI MƏHBUSLARIN SƏHHƏTİ PİSLƏŞİB
ACLIQ EDƏN ƏLALLAHI MƏHBUSLARIN SƏHHƏTİ PİSLƏŞİB
Qanunsuz həbslərinə etiraz əlaməti olaraq Yəzd zindanında bir həftədir aclıq aksiyasına başlayan 3 əlallahı məhbusun - Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadənin səhhəti kəskin pisləşib. Qoşaçayın Üçtəpə kəndindən olan bu məhbuslar 2004-cü ildə digər iki əlallahı fəal Mehdi Qasımzadə və Yunis Ağayanla birlikdə hökumət qüvvələrinə silahlı müqavimət ittihamıyla həbs edilib. Məhkəmə 3 nəfəri 13 illik həbsə, M.Qasımzadə və Y.Ağayanı edama məhkum edib. Mehdi Qasımzadə 2009-cu il fevralın 28-də Urmiya zindanında dar ağacından asılıb. Yəzd şəhər zindanının məsulları əlallahıların özlərinə məxsus ibadətinə mane olur, onları döyür, təhqir edir. Məhbusların ciddi müalicəyə ehtiyacı olmasına baxmayaraq zindan rəsmilərinin onlara həkimə müraciət etməsinə icazə vermədiyi bildirilir.
:: Saberi aclığı davam etdirir
Saberi aclığı davam etdirir
Tehranda həbsdə olan İranlı Amerikalı jurnalistin atasının bildirdiyinə görə, aclıq aksiyasını davam etdirən qızının səhhəti pisləşib. Casusluq ittihamı ilə 8 illik azadlıqdan məhrum edilən Roksana Saberi keçən həftənin çərşənbə axşamından həbsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb. Atası bu gün onu fikrindən daşındırmağa çalışsa da, xanım Saberi deyib ki, azadlığa çıxana kimi aksiyanı davam etdirəcək. Bununla yanaşı, bu gün dövlət telekanalının Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qaşqaviyə istinadən verdiyi məlumata görə, məsələ ilə bağlı hər hansı xarici müdaxilə qəbuledilməzdir. Rəsmi nümayəndə deyir ki, Saberi İrandan başqa ayrı bir dövlətin vətəndaşı olmasını iddia etməyib və ona görə də onun işi daxili məsələdir.
:: İranlı siyasi qaçqınların ailə üzvləri də təqib olunur
İranlı siyasi qaçqınların ailə üzvləri də təqib olunur
«Prezident Barak Obama Türkiyədə olanda, ABŞ televiziyalarının birinə müsahibə vermişdim. Obama açıqlamalarının birində demişdi ki, İran hökuməti ya nüvə silahı, ya da xalqın gələcəyi haqqında düşünməlidir. Məndən bu fikirlərə münasibət öyrəndilər. Mən də dedim ki, İran hökuməti daha çox öz xalqının gələcəyi haqqında düşünməlidir… Həmin müsahibədən sonra İranda qalıb yaşayan qardaşımı məhkəməyə çəkdilər. Ona qarşı iki maddə irəli sürülüb. Qardaşımı indi 12 il həbs cəzası gözləyir…».
:: ƏKBƏR ƏLƏMİ DİGƏR İKİ İSLAHATÇI NAMİZƏDİ DEBATA ÇAĞIRIB
İran İslam Respublikasında bu ilin iyununda keçiriləcək prezident seçkisinə namizəd kimi qatılacağını bəyan etmiş keçmiş deputat, təbrizli Azərbaycan türkü Əkbər Ələmi digər namizədlərdən Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi ilə keçmiş baş nazir Mirhüseyn Musəvini debata çağırıb.
:: İranda «Çənlibel» sözü niyə təhlükəlidir?
İranda «Çənlibel» sözü niyə təhlükəlidir?
Ərdəbilli fəal Abbas Lisaniyə qarşı təzyiqlər davam edir. Bu dəfə onun ailəsinin yeganə dolanışıq mənbəyi olan «Çənlibel» adlı mağazasını bağlamaq istəyirlər. Abbas Lisaninin dediyinə görə, əslində problem mağazanın adıyla bağlıdır. Ərdəbil Əyalətinin «Təmin Şurası» (qeydiyyat idarəsi) onun qarşısına iki şərt qoyub. Ya mağazanın türkcə adı fars sözüylə əvəz edilməlidir, ya da mağaza bağlanmalıdır.
:: QADIN HÜQUQ MÜDAFİƏÇİSİ ZAMİNƏ BURAXILIB
QADIN HÜQUQ MÜDAFİƏÇİSİ ZAMİNƏ BURAXILIB
İki həftəlik həbsdən sonra qadın hüquq müdafiəçisi Xədicə Müqəddəm 20 min dollarlıq mülk girovu müqabilində müvəqqəti azadlığa buraxılıb. DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən martın 26-da bayram görüşünə gedərkən tutulan, qadınlarla kişilərin hüquq bərabərliyi üçün aparılan “1 milyon imza” kampaniyasının üzvləri Xədicə Müqəddəm, Leyla Nəzəri, Dilaram Əli, Fərxündə Ehtisabiyan, Məhbubə Kərəmi, Şəhla Füruzanfər, Sürəyya Yusifi, Arəş Nəsiri İqbali, Əmir Rəşidi, Məhəmməd Şurab, Əli Əbdi və Bəhara Behrəvan həbs edilərək Tehranın Evin həbsxanasına salınmışdılar. Martın 29-da Xədicə Müqəddəm və Məhbubə Kərəmidən başqa digər məhbusların hamısı zaminə buraxılmışdı.
Təbrizdə milli fəallar Farslar tərəfindən fiziki təziqlərə məruz qalıblar Təbrizdə dövlət bayramında etirazlar Təbrizdə milli hərəkat fəallarının etiraz aksiyası polislərin hucumuna məruzqalıb həbs və yaralananl Tehran mətbuatı Azərbaycanı hədəf alıb Güney Azərbaycan Milli hərəkat fəalı Ramin Sadiqi müvəqqəti azadlığa buraxılıb İranda türkçü molla həbsdən çıxdı Güneyli yazıçı Nağı Əhmədi Azərdən heç bir xəbər yoxdur Qadağan olunmuş dini ədəbiyyatlar ACLIQ EDƏN ƏLALLAHI MƏHBUSLARIN SƏHHƏTİ PİSLƏŞİB Saberi aclığı davam etdirir İranlı siyasi qaçqınların ailə üzvləri də təqib olunur ƏKBƏR ƏLƏMİ DİGƏR İKİ İSLAHATÇI NAMİZƏDİ DEBATA ÇAĞIRIB İranda «Çənlibel» sözü niyə təhlükəlidir? QADIN HÜQUQ MÜDAFİƏÇİSİ ZAMİNƏ BURAXILIB